“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər layihəsi təsdiq edilib

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub. Qanun təsdiq edilib.

Dəyişikliyin məqsədi Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilik Şurasının tərkibində və səlahiyyətlərinin həyata keçirilməsində, eləcə də icraçı direktorun vəzifəyə təyin edilməsi və azad edilməsində müvafiq icra hakimiyyəti oqranının fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Dəyişikliyə əsasən, Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının 1 nümayəndəsi, Mərkəzi Bankın 1 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 3 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir. Bundan əvvəl isə maliyyə bazarlarına nəzarət orqanının 2 nümayəndəsi, AMB-nın 1 nümayəndəsi, müvafiq icra hakimiyyətinin 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxil edilirdi.

Digər dəyişikliyə əsasən, icraçı direktor və onun müavini müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin ediləcək cə azad ediləcək. Bundan əvvəl isə vəzifəyə təyinat və azad edilmə HŞ tərəfindən həyata keçirilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır