ƏMDK innovasiyaların tətbiqi ilə bağlı memorandum imzalayacaq

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanacaq.

Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla bağlı infotur təqdim ediləcək.

Qeyd edək ki, tədbir 20 iyun tarixində, saat 14:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır