14 noyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir.
Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapıb. Özəlləşən nəqliyyat vasitələrindən Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Bunlara BMW 320, Fiat Doblo, Tofaş Şahin kimi avtomobilləri qeyd etmək olar.
Qeyd edək ki, hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. Tərtər Konserv Açıq Səhmdar Cəmiyyətinin 30% səhm paketi sahibini tapıb.