Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da sakinlərin müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan sakinlərin də müraciətlərinə baxılıb.