ƏMDK regional forum keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçiriləcək. Forumda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri,  Gəncə-Qazax və Aran iqtisadi rayonlarından 70-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edəcək

Forumun əsas məqsədi mətbuat nümayəndələrinin geniş iştirakı ilə müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsidir.

Qeyd edək ki, regional forum 7 iyul tarixində, saat 11:30-da Gəncə şəhərində, Ramada Plaza otelində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır