ƏMDK sədrinin keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 iyul 2018-ci il tarixinə keçirilib.

BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Zaqatala, Balakən və Qax  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır