Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Fransanın sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik Dö Vilpən arasında görüş keçirilib.
Görüşün məqsədi Azərbaycan və Fransa arasında Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi ilə bağlı iqtisadi əlaqələrin genişləndirilməsi, bu barədə fikir mübadiləsinin aparılmasıdır. Həmçinin daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı layihələrdə birgə iştirak, səmərəli əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas müzakirə obyekti olub.