Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 26 may 2017-ci il tarixində Balakən rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. Belə ki, qəbulun tarixi dəyişdirilərək 27 may 2017-ci il tarixinə keçirilib.
Saat 10:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək qəbulda Balakən rayonu ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qeyd edək ki, komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.