ƏMDK sədrinin Şamaxıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Şamaxı şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

BBN.az xəbər verir ki, vətəndaşlarla görüş 31 yanvar 2018-ci il tarixinə keçirilib. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək.

Qeyd edək ki, Qəbulda Şamaxı rayonu ilə yanaşı Ağsu, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır