ƏMDK tərəfindən 212 əmlak hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.Hərracda bir neçə kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri özəlləşdirilib. Gəncə şəhərindəki 4 saylı təsərrüfat hesablı poliklinika ən yüksək qiymətə özəlləşdirilən əmlak olub. Poliklinika 212,5 min manata özəlləşdirilib.

Xatırladaq ki, növbəti hərrac mayın 16-da keçiriləcək. Bu hərraca ümumilikdə 212 əmlak çıxarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır