Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 iyun tarixində, saat 10:30-da “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd Komitə tərəfindən daşınmaz əmlakın qabaqcadan qeydiyyatı prosesinin mahiyyəti, prosedurları, üstünlükləri barədə ictimaiyyəti maarifləndirməkdir. Eyni zamanda, bu prosesin vətəndaşlara verdiyi faydalar və ümumilikdə daşınmaz əmlak bazarının inkişafındakı müsbət təsirləri barədə məlumatlandırmaqdır.
Qeyd edək ki, tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında keçiriləcək.