26 sentyabr 2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Belə ki, hərrac rəqabətli şəkildə olub.
Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir.
Paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya nəqliyyat vasitələrində də müşahidə edilib. Belə ki, hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb.
Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olub.
Qeyd edək ki, hərrac barədə ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.