Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yerlərdə maarifləndirmə tədbirləri keçirilir.
Bu tədbirlərin keçirilməsində məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki, Artıq respublikanın Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan, Cəlilabad rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Quba və Abşeron rayonlarında da yaxın vaxtlarda belə tədbirlərin keçirilməsi planlaşdırılır.