ƏMDK tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 8 avqustda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.Hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.

Qeyd edək ki, Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər  şəhər  və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Regionlarda da hərraclar keçirilib.  Özəlləşdirilən kiçik dövlət müəssisəsi Ağcəbədi, Xızı, Lənkəran, Qobustan rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Lənkəran rayonunda yerləşən Avtodəstə olub. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsi müvafiq olaraq Qobustan və Zərdab rayonunda yerləşir.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 15 avqustda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır