ƏMDK tərəfindən növbəti hərrac keçirilib

31 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac  keçirilib.

Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan Kia Sportage nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.

Eyni tendensiya Daewoo Leganza markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1127 manata olan Daewoo Leganza 1900 manata sahibini tapıb.

Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kv.m təşkil edir. Torpaq sahəsi isə 3170 kv.m-dir.

Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 108 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

Qeyd edək ki, Komitə tərəfindən növbəti belə hərrac 7 noyabr tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır