ƏMDK tərəfindən növbəti hərrac keçirilib

Aprelin 30-u komitə tərəfindən növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Qusar rayonu, Gədəzeyxur kəndində yerləşən Qusar Tədarük Satış Bazasıdır. Ümumi faydalı sahəsi 3813 kv.m olan kiçik dövlət müəssisəsi geniş torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu da əmlakın iqtisadi potensialını artırır, investor üçün gəlirli fəaliyyət imkanları yaradır.

Nəqliyyat vasitələri hərracda rəqabətli mühit yaradıb. Belə ki, istehsal ili 2006 olan QAZ markalı nəqliyyat vasitəsi üçün 5 sifarişçi hərracda iştirak edib. Bu avtomobilin ilkin hərrac qiyməti 7 min manat təyin olunsa da, qalib iştirakçı 9 min 400 manat təklif edərək onu özəlləşdirib. Rəqabətli hərrac Kia Pregio markalı avtomobil üçün də xarakterikdir. 2000-ci ildə istehsal olunan nəqliyyat vasitəsi üçün 3 sifariş qəbul edilib. Dövlət əmlakı hərracda 4 min 100 manata özəlləşdirilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə yeni hərrac elan edib. 29 may tarixində keçiriləcək hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılıb. Onlardan 42-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə qeyri-yaşayış sahələridir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095.1 kv.m intervalındadır. Bu kateqoriyadan olan dövlət əmlaklarına turizm, ticarət, təsərrüfat obyektləri, zavod, fabrik filialları və digər müəssisələr aiddir. İnvestor Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Əliyev küçəsindəki ticarət obyektini torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Qeyd edək ki, mağazanın ümumi faydalı sahəsi 184.6 kv.m, torpaq sahəsi isə 231.8 kv.m-dir.

Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır