ƏMDK tərəfindən vətəndaş məmnunluğu 100% təmin olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Açıq Hökumət Platformasının “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticəsi açıqlanıb.

Belə ki, Monitorinq dövlət qurumlarının xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və şəffaflıq standartlarının müəyyən edilməsi istiqamətində aparılıb. Belə monitorinqlərdən biri də seçmə üsulu ilə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərində keçirilib. Təhlillərin nəticələrinə əsasən ərazi ofisləri xidmətlərdə əlçatanlıq və prosedurların sadələşməsi baxımından xidmət mərkəzləri arasında ikinci yerdə qərarlaşıb. Nəticələrə əsasən Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ərazi ofislərində şəffaflıq 84.48%, rahatlıq 77.78%, operativlik 90.91% məsuliyyət 85.71%, nəzakətlilik və vətəndaş məmnuniyyəti müvafiq olaraq 100% təmin olunub.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofisləri hüquqların dövlət qeydiyyatını, reyestr, inventarizasiya və qiymətləndirmə işlərini həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır