Əmlak Məsələləri Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir.
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 27 dekabr 2017-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Qeyd edək ki, ətraflı məlumat keçiddə yerləşdirilib.