Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 12-də Xaçmazda maarifləndirici İşgüzar Forum keçirib. Tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib.
Tədbirin məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı qarşılıqlı əlaqənin təmin edilməsidir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə əlaqədar yaranan məsələlər barəsində maarifləndirmək əsas vəzifələrdəndir.
Tədbirdə bildirilib ki, ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.
Komitə digər tərəfdən torpaqların düzgün istifadəsini təmin edən, aqrar sahənin inkişafına təkan verən “Aqropark”ların yaradılması istiqamətində də işlər həyata keçirir.
Qeyde edək ki, belə maarifləndirici İşgüzar Forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba, Zaqatala, Qəbələ, Tovuz, Bərdə, Lənkəran, Biləsuvar rayonlarında artıq keçirilib. Növbəti belə bir tədbir isə Siyəzəndə təşkil olunacaq.