Əmlak Komitəsi gələn ilin ilk hərracını elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 44 kiçik dövlət müəssisə və obyekti, 15 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 79 əmlak çıxarılıb. Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir.

Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Daşkəsən Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır