ƏMDK tərəfindən növbəti əmlak hərracı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 22-də növbəti hərrac keçirilib.

BBN.az özəlləşməyə çıxarılan avtomobillər üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. Hyundai Sonata markalı avtomobilə sahib olmaq üçün 7 nəfər sifarişçi arasında rəqabət olub. Həmin maşının ilkin start qiyməti 6 min manat olsa da ən son təklif 11 min 400 manatadək yüksəlib.

Budəfəki hərracda investorlar qeyri-yaşayış sahələrinə də üstünlük veriblər. Belə ki, özəlləşən əmlaklardan 5-i bu kateqoriyaya aid olub. Həmin obyektlər paytaxtın Nəsimi, Nərimanov rayonlarında, digəri isə Sumqayıt şəhərində yerləşir.

Budəfəki hərracda özəlləşən kiçik dövlət müəssisəsi Qobustan rayonunda yerləşir. Ümumi faydalı sahəsi 250 kv.m-ə yaxın olan obyekt Əmlak kompleksidir.

Hərracda ən yüksək qiymətə özəlləşən əmlak isə Boyaq bəzək sexinin yarımçıq tikilisi olub. Mingəçevir şəhərində yerləşən həmin tikilinin torpaq sahəsi 51 min kv.m-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır