Əmlak Məsələləri Dövlət Komitəsi ictimai nəzarət və şəffaflıq prinsiplərinin tətbiqi ilə keçirdiyi açıq hərracları davam etdirir. Komitə tərəfindən 07 mart tarixində keçirilən hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Keçirilən hərracların nəticələri tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Tamamilə açıq və şəffaf şəraitdə keçirilən hərracda sifariş verib iştirakçı statusu qazanan vətəndaşlardan əlavə, hərracla maraqlanan insanlar da iştirak edərək hərrac prosesini müşahidə ediblər. Hərrac günü böyük monitorlarda komitənin Özəlləşdirmə Portalı (privatization.az) üzərindən hərraca çıxarılmış əmlaklar və iştirak prosedurları barədə qısa məlumat verilib.
Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaq doldurma məntəqəsi aiddir.