Əmlak Məsələləri Dövlət Komitəsi hərraca 212 əmlak çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi 16 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti,  74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə  9 min manatla 886 min 154 manat arası dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir.  Adı çəkilən əmlakın səhminin 30%-i 133 min 167 manata təklif olunur.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.  Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır