Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əmədaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən olunub. Bu məqsədlə 20 iyun tarixində iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbir çərçivəsində “ASAN” könüllüləri ilə də görüş keçirilib. Qeyd edilməlidir ki, göstərilən xidmət zamanı könüllülərin cəlb edilməsi, onların potensialından səmərəli istifadə edilməsi əsas proritetlərdəndir.