“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi aşağıda göstərilən qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.
Qeyd edək ki, müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.