Əmlak Məsələləri Dövlət Komitəsi strateji fəaliyyət planı hazırlayıb

Mayın 30-da “İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans baş tutub. Konfransda ölkəmizdə həyata keçirilən bir çox iqtisadi islahatlarla yanaşı dövlət əmlakının səmərəli idarə edilməsi və özəlləşdirilməsi məsələsi ilə bağlı müzakirələr də aparılıb.

Özəlləşdirmə çərçivəsində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1 milyard manatdan artıq investisiya yatırılıb. Özəlləşdirilən müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb.

Komitə tərəfindən “Özəlləşdirmə portalı” istifadəyə verilib. Portaldan istifadə edənlərin sayı 700 mini ötüb. Yeni yanaşmalara uyğun olaraq, artıq 35 hərrac keçirilib, bu hərraclarda 1100-dən artıq dövlət əmlakı satışa çıxarılıb.

Daha bir yenilik olan “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac”  istifadəyə verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır