Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 49 əmlak hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 may 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda  yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda ən yüksək start qiyməti ilə seçilən əmlak “Ağdam Pambıq” MMC 872 min 500 manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır.

Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var.

Qeyd edək ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir.  Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır