Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 28 aprel 2017-ci il tarixdə Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Tərtər Rayon Gənclər Mərkəzindəbaş tutacaq. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır