Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 15 dekabr 2017-ci il tarixində Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

Qəbul saat 11:00-da Bayraq Muzeyində keçiriləcək. Qəbulda Ağcabədi şəhəri ilə yanaşı Zərdab, Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır