Əmlak Xidmətləri Məkanı fəaliyyətə başlayıb

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir.

Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi,  xidmətlərin tam elektronlaşdırılması təmin edilib.

Məkan Xəlil Rza Ulutürk 20 ünvanında yerləşir. Ulduz metrosundan 700 metr məsafədədir. 38 və 184 nömrəli avtobus məkanın yanından keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır