Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 yanvar tarixində növbəti hərrac keçirilib.
Özəlləşdirmənin yeni mərhələsində belə hərraclar ölkə prezidentinin 19 iyul 2016-cı il tarixli dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı imzaladığı müvafiq Fərmana əsasən həyata keçirilir.
Baş tutan bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir. Bu obyektlərin sahəsi 15-80 kv.m. arasında dəyişir. Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.