Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşları əlçatan xidmətlə təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Digah qəsəbəsi olacaq.
BBN.az xəbər verir ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 13-17 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi 13 ünvanında fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Masazır kəndi, Əliağa Vahid küçəsində (Əliağa Vahid parkının qarşısı) vətəndaşlara xidmət göstərir.