Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu beynəlxalq silah bazarındakı meylləri əks etdirən hesabatını açıqlayıb.
Hesabata əsasən, ABŞ-ın müdafiə şirkətlərinin 2015-ci ildə həyata keçiridiyi satışlar illik müqayisədə 5-ci dəfə azalaraq 209,7 milyard dollara çatıb və 56,6%-lik payla bazardakı yerini qoruyub saxlaya bilib.
İngiltərənin bazar payının 10,6%, Rusiyanın 8,1%, Fransanın 5,8% digər Avropa ölkələrinin isə 7,9% olduğu bildirilib.
Qeyd edək ki, Rusiyanın satış payının 2013-cü ildə 20%, 2014-cü ildə 48%, 2015-ci ildə isə 6,2%-lik artım əldə etdiyi açıqlanıb.