Əqli mülkiyyət hüququnun qorunması mövzusunda təlim keçirilib

Aprelin 10-da “Araz Motors” MMC-nin təşəbbüsü ilə gömrükçülər üçün “Azərbaycan Respublikasının Gömrük Reyestrinə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan malların xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

“TMD Friction” şirkətinin adına qeydiyyata alınmış “TEXTAR” əmtəə nişanının xüsusiyyətləri ilə bağlı məlumat verilən təlimdə müxtəlif gömrük orqanlarının 30 nəfər əməkdaşı iştirak edib.Mötəbər beynəlxalq qurumların əqli mülkiyyət obyektlərinin qorunması ilə bağlı tələb və tövsiyələrinə uyğun olaraq təşkil edilən təlimdə əsas məqsəd gömrükçüləri saxta “TEXTAR” məhsullarını orijinal nümunələrdən fərqləndirmək, keyfiyyətli, brend malların xüsusiyyətləri ilə bağlı məlumatlandırmaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır