Ərəb ölkələrinə ixrac missiyaları təşkil edilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və Misir Respublikasının Qahirə şəhərinə ixrac missiyalarını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyaları 27- 30 noyabr 2016-cı il tarixində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində,  1-3 dekabr 2016-cı ildə isə Misir Respublikasının Qahirə şəhərində baş tutacaq.

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Qeyd edək ki, ixrac missiyaları haqqında ətraflı məlumatı aşağıdakı link vasitəsilə ala bilərsiniz:

http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=4505:ixracat-11-11-2016&catid=8:news&Itemid=263&lang=az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır