2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 % qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 % bahalaşıb.
Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 %, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 1,6 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4 % bahalaşmış, ərzaq məhsullarının qiymətləri isə 1,0 % ucuzlaşıb.