Ərzaq məhsullarının qiymətləri 18,2 % bahalaşıb

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 %, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 % bahalaşıb.

Cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 %, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 % bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3 % ucuzlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır