2017-ci ilin yanvar-may aylarında bir neçə obyekt əsas kapitala yönəlmiş vəsait hesabına tikilərək istifadəyə verilib.
Qeyd edək ki, həmin obyeklər Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və digər obyektlərdir