Əsas kapitala yönəldilən vəsait azalıb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 12536,5 milyon manat məbləğində vəsait yönəldilib.

Bu məbləğ 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır. İstifadə olunmuş vəsaitin 9680,7 milyon manatı və ya 77,2 %-i məhsul istehsalı obyektlərinin, 2109,1 milyon manatı və ya 16,8 %-i xidmət sahələri üzrə obyektlərin, 746,7 milyon manatı və ya 6 %-i isə ümumi sahəsi 1399,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 5260,2 milyon manatını və ya 42 %-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilən vəsaitlərin 9157,9 milyon manatı və ya 73 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır