2017-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5671,7 milyon manat vəsait yönəlib. Bu əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2 % azdır.
Vəsaitin 3663,5 milyon manatı neft sektoruna, 2008,2 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 73,1 %-i birbaşa tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 82,9 %-i məhsul istehsalı obyektlərinin, 11,9 %-i xidmət sahələri üzrə obyektlərin, 5,2 %-i isə ümumi sahəsi 629,7 min kvadrat metr olan yaşayış evlərinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,4 %, bank kreditləri 12,0 %, büdcə vəsaitləri 11,2 %, əhalinin şəxsi vəsaitləri 4,5 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, digər vəsaitlər isə 0,5 % təşkil edib.