Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr aylarında əsas kapitala 13,0 milyard manat məbləğində, yaxud əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,0 faiz az vəsait yönəldilib.
İstifadə olunmuş vəsaitin 10486,0 milyon manatı və ya 80,6 faizi məhsul istehsalı obyektlərinin, 1993,4 milyon manatı (15,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 529,7 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1519,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5331,0 milyon manatını və ya 41,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 9445,2 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.