ƏSF-da Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi ilə görüş keçirilib

Əmanətlərin Sığortalanması Fondunda Dünya Bankının Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə 5 noyabr 2018-ci il tarixində görüş keçirilib.

İcraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüş zamanı layihənin icrası və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Əsas diqqət əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlara yönəlib.

Görüşdə Əmanətlərin Sığortalanması Fondunun Dünya Bankı ilə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır