Azərbaycan: artıq «Zolotaya Korona» pul köçürmələrini karta mədaxil etmək mümkündür

Azərbaycanda “Zolotaya Korona” pul köçürmələrini etmək daha rahat olub. İndi bu servisin müştəriləri Android və iOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulmuş mobil tətbiq üzərindən beynəlxalq köçürməni bank kartına mədaxil edə bilər.   

Layihə “Expressbank” ASC ilə birgə əməkdaşlıq çərçivəsində “Zolotaya Korona” tərəfindən həyata keçirilib.

Xaricdən Azərbaycana göndərilən pul köçürmələrini Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin Azərbaycanın istənilən bankı tərəfindən emissiya edilmiş bank kartlarına mədaxil etmək mümkündür. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır.

“Zolotaya Korona”dan “Pul köçürmələri” mobil tətbiqi (+6) App Store-dan və Google Play-dən pulsuz yüklənir. Tətbiq yükləndikdən və təsdiqləndikdən sonra köçürməni karta tez və rahat bir şəkildə mədaxil etmək olur. Bunun üçün üç sadə addım atılmalı: “Karta mədaxil etmək” opsiyası seçilməli, vəsaiti alanın şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli və vəsaiti alanın bank kartının məlumatları yığılmalı. Vəsaitlər qeyd edilmiş karta köçürülür.

“Zolotaya Korona” ödəniş sistemi 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və Respublikanın 22 bankı, eləcə də dövlət müəssisəsi “Azərpoçt” ilə əməkdaşlıq edir. “Zolotaya Korona” beynəlxalq pul köçürmə xidmətləri Azərbaycanın bütün bölgələrində yerləşən 1500-dən artıq xidmət məntəqəsində təmsil olunur.

Азербайджан: денежные переводы «Золотая Корона» теперь можно зачислить на карту Денежные переводы «Золотая Корона» в Азербайджане стали еще удобнее.  Теперь клиенты сервиса могут зачислить международный перевод на банковскую карту, воспользовавшись мобильным приложением для устройств с операционными системами Android и iOS.

Проект реализован «Золотой Короной» в партнерстве с ОАО «Экспрессбанк». Зачислить денежный перевод, отправленный в Азербайджан из-за рубежа, можно на банковские карты международных платежных систем Visa и Mastercard, эмитированные любым банком Азербайджана. Валюта зачисления денежных средств – азербайджанский манат.

Мобильное приложение «Денежные переводы» от «Золотой Короны» (+6) доступно для скачивания в App Store и Google Play бесплатно.  После установки и авторизации совершить операцию по зачислению перевода на карту можно быстро и удобно. Для этого потребуется всего три простых шага: выбрать опцию «Зачислить на карту», ввести данные получателя в соответствии с паспортными данными и внести данные банковской карты получателя. Средства будут зачислены на указанную карту.

Платежная система «Золотая Корона» работает в Азербайджане с 2006 года и сотрудничает с 22 банками республики, а также с Государственным предприятием «Азерпочта». Услуги международных денежных переводов «Золотая Корона» представлены в более чем 1500 пунктах обслуживания, расположенных во всех регионах Азербайджана.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır