“​Kapital Bank” iki valyutalı kart buraxır

REPORT.AZ/ “Kapital Bank” ASC “Visa” təşkilatı ilə birgə buraxdığı yeni iki valyutalı kart məhsulunun Bakıda təqdimatını keçirib. “Report”un sualını cavablandıran Bankın Satış kanalları Departamentinin direktoru Vüsal Nağıyev gələcəkdə həmin kartdan həm debet, həm də kredit kart kimi istifadə edilə biləcəyini deyib.

“İlkin mərhələdə bu, “Dual card”dan iki valyutalı əməliyyatlar üçün istifadə edəcəyik. Daha sonra funksiyaları artırıla bilər. Yəni, bir müddət əvvəl “Visa” ilə buraxdığımız “Bir kart”ı da “Dual card”la təqdim etmək fikrimiz var. Gələcəkdə bu kartda da 6 funksiyanın hamısının olması mümkündür”, – deyə “Kapital Bank” nümayəndəsi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır