2017-ci ilin avqust ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 577 milyon ədəd olub. Ötən ayla müqayisədə bu göstərici 10 min ədəd daha çoxdur. Həmçinin, avqust ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 0.14 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 22 milyon manat məbləğində artıb.
Qeyd edək ki, orta hesabla avqust ayı ərzində 1 kredit kartla 247 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 34 manat çoxdur.