1 kredit kartla həyata keçirilən əməliyyatların məbləği 18 manat azalıb

2017-ci ilin iyun ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 0.562 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici  4 min ədəd daha azdır. Həmçinin, iyun ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 0.107 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 11 milyon manat məbləğində azalıb.

Qeyd edək ki, orta hesabla iyun ayı ərzində  1 kredit kartla  190 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 18 manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır