Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 852 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 267 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 005 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 125 miyon 145 min manatdan artıq kompensasiya ödənilmişdir.
18 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 217 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 143 min manatdan artıq kompensasiya ödənilmişdir.
18 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilmişdir.
18 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə
420 milyon 272 min manat artıq kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 706 milyon 765 min manatdan artıq kompensasiya ödənilmişdir.