Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2017-ci ilin aprel ayının 1-dən etibarən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir.
Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib.
Bununla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində operativ vergi nəzarəti həyata keçirilib.
Cari ilin iyul ayı ərzində həyata keçrirlmiş tədbirlər nəticəsində ümumilikdə 10 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etrilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib.
Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.