İcbari Sığorta Bürosu tərəfindən 07 oktyabr 2014-cü il və 23 aprel 2016-cı il tarixlərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə 10500 manat həcmində kompensasiya ödənilib.
Qeyd edək ki, 07 oktyabr 2014-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda, 23 aprel 2016-cı ildə baş vermiş yol-nəqliyyat hadisəsi isə Hacıqabul-Horadiz avtomobil yolunda qeydə alınıb.
Göstərilən kompensasiya ödənişləri Azərbaycan Respublikasının vətəndaşlarına poçt vasitəsi ilə 29 noyabr 2016-cı il tarixində köçürülüb.