100-ə yaxın əmlak hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi 10 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 99 əmlak çıxarılıb ki, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti,  29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər, Kürdəmir rayonlarında yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq,  qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə  69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir.  Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata təklif olunur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır